|
"Tamah üçün öldürməmişəm"-
evgilisi ilə birlikdə istirahət mərkəzinə gedən və orada onu öldürən şəxsin məhləməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 
 
Hadisə bu il, yanvarın 15-də Qubadakı “Retro” istirahət mərkəzində baş verib.
 
İstirajət çərləzində Sumqayıt şəhər sakini,  1978-ci il təvəllüdlü Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
 
Hüquq-mühafizə orqanlarımın araşdırmaları zamanı məlum olub ki, 2016-cı il, yanvarın 13-nə keçən gecə Könül Zalova idarə etdiyi “İnfiniti” markalı avtomobildə tanışı, Bakı şəhər sakini Elməddin Əhmədovla birgə istirahət mərkəzinə gəlib. 
 
Meyit tapılarkən isə Elmədin Əhmədov hadisə yerində olmayıb. 
 
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarışda olan Elməddin Əhmədov tutulub.
 
Araşdırmaların davamında aydın olub ki, K.Zalova yanvarın 15-də onun E.Əhmədov tərəfindən boğularaq öldürülüb.
 
Hadisənin tamah məqsədi ilə törədildiyi ilkin versiyadır.
 
Qeyd edək ki. Könül Zalovanın atası Zülfi Zalov Sumqayıt Dövlət Universitetinin müəllimidir. 
 
İddiaya görə o, ailəsi ilə yaxın münasibətdə olmayıb.
 
Qətlə yetirilən Könül Zalovanın 12-13 yaşlarında bir oğlan uşağı da var. 
 
Qeyd edək ki, Könül Zalovanın Elməddin Əhmədovla uzun müddətdir münasibəti olub. Qətlə səbəb onlar arasında pul üstündə yaranmış mübahisənin olduğu bildirilir.
 
Könül Zalovanın təqdirləndirklən şəxsin 200 min manatını mənimsədiyi qeyd edilir.
 
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub.
 
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
E.Əhmədov deyib ki, o Zalovanı tamah məqsədi ilə öldürməyib. Buna görə də işin istintaqa qaytarılmasını istəyib. 
 
Hakim bildirib ki, buna iş məhkəmə baxışına verildikdən sonra baxılacaq.
 
Məhkəmə baxışı noyabrın 10-na təyin edilib.