|
Türkiyənin qalmaqallı müğənnisi Bakıya gəlir
Türkiyənin tanınmış müğənnisi  Rafet El Roman Bakının qonağı olacaq.
 
Musavat.com xəbər verir ki, müğənni dekabrın 20-si Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. 
 
Konsertdə müğənni köhnə mahnıları ilə yanaşı yeni bəstələrini də səsləndirəcək. 
 
Qeyd edək ki, konsertin biletləri  30-120 manat arasındadır.
Cia.az