Misirin Sina yarımadasında bir polisin həlak olması, digərinin isə yaralanması ilə nəticələnən bombalı hücum olub.
Avropa.info xəbər verir ki, əldə olunan məlumata görə Sina yarımadasının İsrail sərhədində yerə döşənmiş partlayıcı partladılıb.
Polisin Sina yarımadasının İsrail sərhədində yerləşən bir bölgədə axtarış apardığı əsnada yol kənarına döşənmiş bomba naməlum şəxslər tərəfindən partladılıb. Hadisə nəticəsində bir polis həlak olub, digəri isə yaralanıb.
Partlayışın məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
Cia.az
