|
Bakıda prorektorun evindən 429 min oğurlayanlar hakim qarşısında
Bakı Ağlr Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov  Pərviz Quliyev Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə başlayıb.
 
Musavat.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 
 
Məhkəmə baxışı noyabrın 10-na təyin edilib.
 
Qeyd edək ki, təqsirləndirilın şəxslər Nərimanov rayon ərazisində Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin evindən oğurluq ediblər. Ümumilikdə 429 min 172 manat dəyərində əmlakını ələ keçiriblər.
cia.az