|
Ailənin 14-cü övladı doğuldu:
Bərdə rayonunun Cəyirli kəndində çoxuşaqlı kimi tanınan İsgəndərovlar ailəsində 14-cü körpə dünyaya gəlib. 
 
ARB Aran xəbər verir ki, kənd sakini 45 yaşlı Taleh İsgəndərovla, Tünzalə İsgəndərovanın ailəsində 2 ay öncə doğulan körpəyə Günay adı verilib. Uşağın anası Tünzalə İsgəndərova bildirib ki, sonuncu övladının dünyaya gəlməsi ilə ailədə bərabərlik yaranıb. 
 
İndi ailədə 7 oğlan, 7 qız uşağı var. Ana 14-cü övladı dünyaya gəldiyinə görə çox sevinclidir. 
 

Cia.az