Oktyabrın 30-da Hindistanın hər bir yerində əsas dövlət bayramlarından biri sayılan Divali bayramı qeyd olunub.
Cia.az "Hindistan Times"-a istinadən xəbər verir ki, bu bayramda əsasən kütləvi atəşfəşanlıq təşkil olunur. Məlumata görə, builki atəşfəşanlıq Dehlidə havanın normadan 42 dəfə artıq çirklənməsinə səbəb olub. Bayramdan sonrakı gün yayılan videolarda şəhərin hər yerinin duman və sis içərisində olduğu görülür.
cia.az
