|
Yapon jurnalist İraqda həbs edildi - Foto
İraqın Mosul şəhərini İŞİD-dən azad etmək üçün aparılan əməliyyatları işıqlandıran yaponiyalı jurnalist Koske Çuneoka yerli hökumət tərəfindən həbs edilib.
Hadisəni diplomatik mənbələr təsdiqləyib. Məlumata görə, Yaponiya hökumətinin hadisədən xəbəri var, lakin jurnalistin hansı səbəbdən saxlanılması və nədə günahlandırılması məlum deyil. O da bildirilir ki, 47 yaşlı jurnalist silahlı kürd qüvvələri olan peşmərgə tərəfindən saxlanılıb və dövlətə təslim edilib.
 
 

Japanese journalist detained in Iraq