İslam Əməkdaşlıq Təşkilatının baş katibi istefa verib.
AZƏRTAC Beynəlxalq İslam Xəbərlər Agentliyinə (İİNA) istinadla xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Əmin Mədəni vəzifəsindən istefa verməsinin səbəbini səhhətindəki problemlə bağlayıb.
Saytın bildirdiyinə görə, onun yerinə Səudiyyə Ərəbistanı Krallığının sabiq sosial işlər üzrə naziri Yusuf bin Əhməd Əl-Əsimeynin namizədliyi irəli sürülüb.
cia.az
