|
Rusiya və Türkmənistan prezidentləri görüşəcək
Noyabrın 1-də Moskvada Rusiya və Türkmənistan prezidentləri Vladimir Putinlə Qurbanqulu Berdiməhəmmədov arasında görüş keçiriləcək.
 
APA-nın məlumatına görə, bu barədə Kremlin məlumatında deyilir.
 
“Noyabrın 1-də prezident Vladimir Putinin dəvəti ilə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Moskvaya işgüzar səfər edəcək. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, bir sıra aktual regional məsələlər ətrafında müzakirələr aparılacaq”, məlumatda qeyd olunur. 
cia.az