Türkiyə bizim üçün Avropada müstəqil siyasət yeridən yeganə ölkədir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Strateji Araşdırmalar İnstitutunun direktoru (RISS) Leonid Reşetnikov çıxış edib.
ABŞ-ın ali bir vəzifəyə sahib olduğunu deyən Reşetnikov dünyanı bir gücün idarə etməsinə qarşı olduqlarını vurğulayıb:
"Biz bir mərkəzdən dünyanın idarə edilməsinə qarşıyıq. Türkiyə bizim üçün Avropada müstəqil siyasət yeridən yeganə ölkədir. Digər ölkələrin ABŞ rəhbərliyinin nəzarətində olduğunu düşünürük. Bu səbəbdən o ölkələrlə deyil, birbaşa ABŞ-la görüşürük. Türkiyə burada digər ölkələrdən ayrılır. Türkiyə öz milli maraqlarını güdən bir ölkədir. Bəzi fikir ayrılıqlarına baxmayaraq, Türkiyə də dünya idarəçiliyində tək bir ölkənin var olmasından yana deyil".
cia.az
