Yanvarın 9-da Bakıda yollar buz bağlayacaq.
Axar.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti bu sınaqdan üzüağ çıxmaq üçün yeni alınan texnikaları işə salmağa hazırlaşır. Meriyanın Mənzil-Kommunal Təsərrüfat Departamentinin texnikaları ötən il də sərgidə nümayiş etdirildi və demək olar ki, istifadə olunmadı.
Ötən il paytaxt yollarının qardan təmizlənməməsi meriyanın qışa hazırlıq səviyyəsini ortaya qoydu. Bu il Bakı meri Hacıbala Abutalıbovun qışa necə hazırlaşdığı isə yanvarın 9-da məlum olacaq.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, güclü şimal-qərb küləyi günün birinci yarısında 10-15 m/s-dək mülayimləşəcək. Temperaturun gecə 1-4° şaxta, gündüz 0°-yə yaxın, Bakıda 2-4° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
