|
Pepyanyan: “Belə getsə, Ermənistan yox olacaq”
Ermənistanın köklü islahatlara ehtiyacı var.
 
Axar.az xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında erməni publisist Artsrun Pepyanyan söyləyib. Onun sözlərinə görə, əgər bu islahatlar baş tutmasa, Ermənistan yox olacaq:
 
“Əgər dəyişiklik istəyirsinizsə, ölkədəki reallığın yaranma səbəblərini öyrənin. Mən nə vaxtsa hökumət rəhbərinin belə şeylər haqqında danışdığını görməmişəm. Xalqın tələblərini yerinə yetirməsələr, dəyişikliklər kosmetik olsa, reallıq onları mühasirəyə alıb məhv edəcək”.
cia.az