Türkmənistanın paytaxtı Aşqabadda Xəzər qazının Avropaya çatdırılması ilə bağlı dördtərəfli danışıqlar baş tutub.
Axar.az “Rossiyskaya Qazeta”ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan, Türkmənistan, Türkiyə rəsmi nümayəndələri və Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç iştirak edib. Görüşdə tərəflər qaz kəmərinin Xəzərin dibi və ya İran ərazisindən keçməsi məsələsini müzakirə ediblər.
Qeyd edək ki, Şefvofiç Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşü zamanı Cənub Qaz Dəhlizi layihəsinin Avropa Birliyi üçün vacib olduğunu bildirib. O, AB-nin 2019-2020-ci illərdə Xəzər qazının Avropaya nəqlinin başlanmasını istədiyini söyləyib.
cia.az
