|
Türkmənistan prezidenti sabah Moskvada Putinlə görüşəcək

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə noyabrın 1-də Moskvaya işgüzar səfər edəcək.

TASS xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya görə, danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Cia.az