"Səhər saatlarında hələlik heç kim qarlı havada yerlərin buz bağlaması səbəbindən yıxılmaqla bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) müraciət etməyib".
Bu barədə Report-a Stansiyanın baş həkim müavini Oqtay Şahmalıyev deyib.
Onun sözlərinə görə, dünən çağırışlar adi günlərdəki kimi olub, yəni artım olmayıb: "Ola bilər ki, bu gün çağırışların sayında artım olsun".
Qeyd edək ki, yerlərin buz bağlaması ilə əlaqədar yüngül xəsarət alanların olması istisna deyil.
- See more at: http://axar.az/news/39982#sthash.bKbdXI3j.dpuf
