|
Aclıq edən Akif Çovdarov məhkəmədən yenə vaxt istədi:
Akif Çovdarovun məhkəməsində fasilə elan olunub.
Çovdarovun vəkili Kamandar Nəsibov musavat.com-a bildidib ki, o yenə də məhkəmədən vaxt istəyib.
 
Vəkil cinayət işi materialları ilə tanış ola bilmədikləri üçün məhkəmədən vaxt istədiklərini söyləyib: "56 cilddən hələ ki, 41 ilə tanış olduq. Ancaq sonradan məlum olu ki, daha 4 cild də işə əlavə olunub. Məhkəmə fasilədən sonra vəsatətimizə münasibət bildiriləcək".
 
Vəkil əlavə edib ki, Akif Çovdarov da vəsatətə münasibət bildirib. O, səhhətinə görə cinayət işi materialları ilə gün ərzində 2 saatdan artıq tanış ola bilmədiyini deyib və vəsatətin təmin olunmasını istəyib.
 
Xatırladaq ki, Akif Çovdarov oktyabrın 25-dən aclıq aksiyası keçirir. Səbəb isə səhhətində yaranan problemlərin həlli üçün ona şərait yaradılmadığını göstərir.
Cia.az