|
Abdulatipov Azərbaycanla nə barədə razılığa gəlib?

Azərbaycan və Dağıstan ticarət və kənd təsərrüfatı sahələrində bir sıra layihələr həyata keçirmək barədə razılığa gəliblər.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Dağıstan Prezidenti Ramazan Abdulatipov "Dağıstanın qızıl payızı" adlı aqrar forumda deyib.

Dövlət başçısı qeyd edib: "Azərbaycan tərəfi ilə gələn ilin martına Xaçmazda Dağıstan məhsullarının satılacağı iri mağazanın, eləcə də Dərbənddə bu cür mağazanın açılması ilə bağlı razılıq var".

Cia.az