|
Emindən yeni albom
Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov yeni albomunu təqdim edib. 
İfaçı “Love Is a Deadly Game ” adlı disklə bağlı ifaçı izləyicilərinə geniş məlumat verib. 
O bildirib ki, yeni albom artıq “iTunes”də satışa çıxarılıb:
“Bura mənim sevimli 12 klassik mahnım daxildir. Onlar yeni aranjimanda təqdim olunur. Londonda simfonik orkestrla birlikdə yazılıb. Hazırda albomun iki əsas mahnısını – Ani Lorak və Polina Qaqarina ilə olan duetləri yükləmək mümkündür. Noyabrın 18-dən sonra hamısını yükləyə bilərsiniz”.

cia.az