Bu gün Bağdadda törədilən silsilə partlayışlar nəticəsində ən azı 17 nəfər ölüb.
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, 60-dan çox yaralı var.
Bundan öncə “SkyNews Arabia” telekanalı şəhərdəki bazarlardan birində törədilən partlayış nəticəsində 8 nəfərin öldüyü barədə məlumat yayıb.
cia.az
