|
Albaniyalı müxbir: Türkiyə 2 rus qırıcısını vurub
Albaniyada televiziya proqramlarından birində Su-24 böhranı müzakirə edilib.
 
Axar.az xəbər verir ki, proqram aparıcısı ötən ilin 24 noyabrında Türkiyə-Suriya sərhədində 2 rus qırıcısının vurulduğunu bildirəndə Rusiya səfiri bu yanlış açıqlamaya müdaxilə edib.
 
Ora Nyus müxbiri Rusiyanın Tiranadakı səfiri Aleksandr Karpuşindən müsahibə alarkən Rusiya-Türkiyə əlaqələrinə dair sual ünvanlayıb. Ancaq müxbir 2 Su-24 rus qırıcısının vurulmasını bildirəndə Rusiya səfiri "Sualınıza düzəliş etmək istəyirəm 2 qırıcının vurulması ilə bağlı mənim məlumatım yoxdur", - qeyd edib.