|
İsraildə fələstinli öldürülüb
İordan çayı sahilində bir Fələstin vətəndaşı avtomobillə üç İsrail hərbçisini yaralayıb. 
 
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, həmin fələstinli şəxs öldürülüb. Polisin məlumatına görə, hadisə Yerusəlimlə- Hevron arasında yerləşən fələstinlilər yaşayan Beyt- Umar qəsəbəsi yaxınlığında baş verib. Xəbər verilir ki, buna bənzər hadisə Ramallah şəhərində də olmuşdu. Belə ki, fələstinli şəxs avtomobilini İsrail əsgərlərinin üzərinə sürüb, sonra isə onlara bıçaqla hücum etmişdi.
ciaaz