|
ABŞ-a məxsus təyyarə tüstülənmə səbəbindən təcili eniş edib
Kanadanın Toronto şəhərinə uçan, " American Airlines" aviaşirkətinə məxsus  sərnişin təyyarəsi Denver şəhərinin (Kolorado ştatı) hava limanına dönərək təcili eniş edib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, buna pilotların kabinəsindəki tüstülənmə səbəb olub. Təyyarənin göyərtəsində 100 sərnişin və 5 ekipaj üzvü olub. Hadisə nəticəsində zərərçəkən yoxdur.
 
İnsidentin səbəbləri araşdırılır. Sərnişinlər  digər təyyarə ilə Torontoya göndəriləcək.
cia.az