|
Terrorçular AKP-nin binasına hücum etdi: Yaralılar var
Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edilib.
 
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, PKK terrorçuları binaya  əldəqayırma qumbara atıb,  iriçaplı silahlardan atəş açıblar. Hadisə nəticəsində binanın mühafizəsini təmin edən 3 polis əməkdaşı yaralanıb. Yaralı polis əməkdaşları xəstəxanaya çatdırılıb.  Onların həyatlarına təhlükə olmadığı bildirilir.
 
Qaçan terrorçuların yaxalanması üçün əməliyyat başlayıb.
Cia.az