|
11 yaşayış məntəqəsi İŞİD-dən azad edilib
İraqın Mosul şəhəri yaxınlığında 11 kənd  İŞİD terrorçularından azad edilib.
 
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, 9 yaşayış məntəqəsi İraq ordusu, 2  kənd isə  Kürd peşmərgə birləşmələri tərəfindən azad edilib. Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyatda İraq ordusu, Kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.
 
Xatırladaq ki, Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətinə keçib.
Cia.az