Abşeron Rayon Polis İdarəsinin yaxınlığında 26 yaşlı kişi bıçaqlanıb.
Musavat.com xəbər verir ki, Xırdalan şəhərində 1990-cı il təvəllüdlü Füzuli rayon sakini Abbasov Yavər Əlövsət oğlu yaşadığı binanın həyətində tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı Y.Abbasov iki bıçaq zərbəsi alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Y.Abbasov əməliyyat olunub.
Y.Abbasovu mübahisə zəmnində bıçaqlayan şəxsin axtarışına başlanılıb.
Cia.az
