|
Salvadorun sabiq prezidenti həbs edilib
Salvadorun sabiq prezidenti Elias Antonio Saka Qonsales həbs edilib.
 
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, o  çirkli pulların yuyulması və  külli miqdarda pulu mənimsəməkdə təqsirli bilinir.
 
Qonsaleslə birgə həmçinin Salvador hökumətinin 6 keçmiş yüksək rütbəli məmuru da həbs edilib.
 
Əvvəllər tanınmış jurnalist olan Qonsales 2004-2009 illərdə prezident postunu tutub.
 
Qeyd edək ki, bu ilin yanvarında Salvadorun digər eks-prezidenti Maurisio Funesə qarşı korrupsiya ittihami irəli sürülüb.
Cia.az