|
“Balam para-paradı”-

Qəbələ rayonunda həyat yoldaşı tərəfindən qətlə yetirildiyi bildirilən gənc qadının qohumları danışıb. ARB Şəki-nin məlumatına görə, hadisə rayonun Kürd kəndində qeydə alınıb.

Kənd sakini 31 yaşlı Verdiyev Xəyal Xaliq oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.

Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Öldürülən şəxsin atası: "Öldürüb. Aparıb morqa qoyub. Arxası ilə gedən də olmayıb. Gedib özümüz gətirmişik. Balam pis gündədi. Balam para-paradı. Səhərə qədər ata-bala ikisi öldürüb. Kəsilmişdi boynu. Uşağın boğazından qan tökülürdü".

Cinayətkarın sinif yoldaşı: "O adam atasını anasını döyən adamdır"

 

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

 

VIDEO