Qadınların çoxu menstruasiya dövrünü asan keçirmir. Hər orqanizm bu prosesə müxtəlif cür reaksiya verir. Aile.lent.az menstruasiya dövrünü asanlıqla başa vurmaq üçün bir neçə qida təklif edir. Bu qidaları yeməklə “qadınlıq həftəsi”ni daha rahat keçə bilərsiniz.
Balıq, toyuq
Bədəndə dəmir itkisi olacağı üçün balıq, toyuq kimi qidaları yeməklə qanda dəmir səviyyəsini yüksək tutmaq əhəmiyyətlidir.
Taxıllar:
Taxıllar qadınlarda estrogen səviyyəsini tarazlayır. Ehtiva etdikləri liflər sayəsində qan şəkərindəki balanssızlığın qarşısını almağa köməkçi olur.
A vitamini:
Kartof, ispanaq, kök kimi qidalarda olan A vitamini yağlı dəridə meydana gəlməyə meylli olan aknenin yaranmasına mane olur.
C vitamini:
Meyvələrdə olan C vitamini stressin qarşısını alır, əhval-ruhiyyəyə təsir edir. Bu da menstruasiya əvvəli stressi azaldır.
B6 vitamini:
Qanda hemoqlobinin yaranmasını təmin edir və sinir sisteminin nizamlı işinə kömək olur. Çərəzlər, yumurta, yulaf kimi qidalarda olur.
Cia.az
