|
PKK terrorçuları Türkiyə hərbçilərinə hücum edib-

Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda PKK terrorçuları hərbçilərin olduğu əraziyə minaatandan atəş açıblar.

"Habertürk"ün verdiyi məlumata görə, 3 hərbçi şəhid olub, 5-i isə xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Ərazidə vertolyotların iştirakı ilə antiterror əməliyyatlarına başlanıb.

Cia.az