|
Buzovnada avtomobillə vurulmuş qadın dünyasını dəyişib

Oktyabrın 28-də saat 19.00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Bakı şəhər sakini Şükran Nəsirov idarə etdiyi "AzSamand" markalı avtomobillə yolu keçən həmyerlisi Könül Atakişiyevanı vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Araşdırma aparılır.

Cia.az