Ötən axşam Bakı şəhəri Nərimanov rayonunda 1999-cu ildə anadan olmuş Zeynalova Xanım Kamal qızı və 2003-cü ildə anadan olmuş Allahverdiyeva Aytən Elman qızı kirayə qaldıqları mənzilin hamamında dəm qazından boğularaq dünyalarını dəyişiblər.
Virtualaz.org saytınının Şirvan bürosuna mərhumların yaxınlarının verdikləri məlumata görə, həyatlarını itirmiş qızlar xalaqızıdırlar və əslən Salyan rayonundandırlar.
17 yaşlı Xanım Zeynalova Maliyyə Kredit Kollecinin sonuncu kursunda təhsil aldığından, anası Bakıda işləyən 14 yaşlı Aytən isə Bakı şəhərindəki 47 saylı orta məktəbin 7-ci sinfində oxuduğundan, Bakı şəhərində kirayədə yaşayırmışlar.
Emil Məmmədov
Virtualaz.org
* * *11:31
Bakıda dəm qazından boğulma faktı qeydə alınıb.
“Trend”ə Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Aşıq H.Əliyev küçəsi, ev 113, mənzil 14-də baş verib.
Məlumata görə, 1999-cu il təvəllüdlü Zeynalov Xanım Kamal qızı və onun xalası qızı, 2003-cü il təvəllüdlü Allahverdiyeva Aytən Elman qızı yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
cia.az
