|
Bakıda 16 yaşlı piyadanı avtomobil vurub
Bakı şəhərində 16 yaşlı piyadanı avtomobil vurub.
 
"Report"un məlumatına görə, hadisə oktyabrın 27-də Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.
 
"Bahar" yaşayış massivində naməlum avtomobil 2000-ci il təvəllüdlü Hövsan sakini Murad Rəhimovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.