|
Türkiyə əməliyyatları dayandırmalıdır - Makkeyn
Türkiyənin Suriyada apardığı əməliyyatlar bu ölkədə sabitliyə zərbə vurur.
 
Axar.az xəbər verir ki, ABŞ-ın respublikaçı senator Con Makkeyn Tvitter hesabında yazıb.
 
“ABŞ-Türkiyə arasında uzunmüddətli əlaqələr mövcuddur. Lakin baş verən son olaylar dərin narahatlıq yaradır. Türkiyənin Suriyada kürdlərə qarşı əməliyyatları sabitliyi pozur. Rəsmi Ankara buna son qoymalıdır”, - Makkeyn qeyd edib.
cia.az