İŞİD-ə qarşı koalisiyada mübarizə aparan amerikalı komandir Con Dorian İraq ordusunun təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Mosulun şimalına doğru irəliləyişi dayandırdıqlarını deyib.
Musavat.com-un məlumatına görə, polkovnik Dorian Pentaqonda jurnalistlərə İŞİD-ə qarşı əməliyyatlar haqqında açıqlama verib.
O, qeyd edib ki, İraq ordusu Mosulun şimalına doğru irəliləməyə müvəqqəti fasilə verib: “Əsgərlər hələ gözləyirlər. Yenidən pozisiya və tərtibat alacaqlar. Bu, bir neçə gün davam edəcək və İraq ordusunun güc, sürət itirməsi anlamına gəlmir”.
Digər tərəftən rus və ABŞ qırıcılarının bir birinə yarım mil (800 m) məsafədə uçması barədə məlumata aydınlıq gətirən Con Dorian Bildirib ki, ola bilər gecənin qaranlığında rus təyyarəsi ABŞ təyyarəsini görməyib, rus təyyarəsinin qəsdən yaxınlaşdığını ehtimal etmirəm.
Qey edək ki, bir müddət əvvəl Pentaqon açıqlama yayaraq, Rusiya təyyarəsinin ABŞ təyyarəsinə təhlükəli şəkildə yaxınlaşdığını bildirmişdi.
cia.az
