|
Ailəsini bombardmandan qorumaq üçün yerin altında sığınacaq tikdi - Fotolar
Suriyada müxaliflərin nəzarət etdiyi bölgədə yaşayan və atəşkəsdən ümidini üzən xalq çarəni sığınacaqlar yatarmaqda görürlər. 

Musavat.com-un məlumatına görə, rus və Əsəd qüvvələrinin bombardmanına məruz qalan bölgələrdən biri də Şamın şərqi Quta bölgəsindəki Duma rayonudur. Burada son dövrlərdə sığınacaqlar düzəldilməsi daha da geniş vüsət alıb. Türkiyənin Anadolu Agentliyinə müsahibə verən Ömərud Dumani adlı suriyalı 6 nəfərlik ailəsini qorumaq üçün yerin 4 metr altında sığınacaq düzəltdiyini bildirib. 
 
Dumani deyib: “Təxminən 5 mert genişliyində, 2 metr hündürlükdə olan sığınacaqda sadəcə adyal, su və qida saxlayırıq”. 
 
İnşaatda işləyən Dumani bunun ona bombardmandan qorunmaq üçün faydalı olacağını əvvəllər düşünmədirini ifadə edib. O, qeyd edib ki, yaşadığları gecəqondu aramsız atəşə tutulduğundan sığınacaq tikmək qərarına gəlib: “Hazırda sığınacağı genişləndirməyə çalışırıq ki, bütün məhəlləni yerləşdirə bilək”.