Türkiyənin Diyarbakır əyalətinin Hazro rayonunda təşkil olunan əməliyyatda külli miqdarda partlayıcı maddə ələ keçib.
Musavat.com-un məlumatına görə, əməliyyat bölgə jandarması tərəfindən təşkil olunub. Bomba mütəxəssisi bildirib ki, ələ keçən partlayıcı maddə ilə azı 15 yük maşını dolusu bomba hazırlamaq mümkündür, bu da 15 dəhşətli partlayış deməkdir.
Qeyd edək ki, jandarmanın PKK terror təşkilatına qarşı təşkil etdiyi əməliyyatda 157 ton amonium nitrat və 1 ton mazut ələ keçirilib. Əməliyyatda bir şübhəli saxlanılıb. Partlayıcı maddənin məhv edildiyi bildirilir.
cia.az
