|
Bakıda qadını "tok" vurdu, komaya düşdü
Bakının Suraxanı rayonunda evinin mətbəxində iş görən qadını elektrik cərəyanı vurub, o, komaya düşüb.
 
Musavat.com xəbər verir ki, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yaşayan 1972-ci il təvəllüdlü Balakişiyeva Elnarə Qurban qızı ehtiyyatsızlıqdan evi elektriklə qidalandıran naqilə toxunub. Üstü açıq naqilə toxunan qadını cərəyan vurub və o, divara çırpılıb. Ağır xəsarət alan E.Balakişiyeva 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
 
Həkimlərin dediyinə görə, E.Balakişiyeva xəstəxanaya koma vəziyyətində gətirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.
cia.az