Naməlum təyyarə Myanmanın qərb sahilində qəzaya uğrayıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumatda bildirilir ki, təyyarənin Myanma aviaşirkətlərinə aidiyyatı yoxdur: “Biz dəqiqliklə deyə bilərik ki, bu təyyarə Myanma aviaşirkətlərinə aid deyil. Bütün təyyarələrimizin vəziyyəti və yeri bizə məlumdur".
Myanma hökuməti hal-hazırda qəzaya uğramış təyyarənin kimə məxsus olduğunu, onun düşməsinin koordinatları haqqında məlumatları araşdırır.
Cia.az
