|
Əhmədlidə 43 yaşlı qadın özünü 4-cü mərtəbədən atıb

Bakıda intihara cəhd olub.

Hadisə Xətai rayonu, M.Hadi küçəsi, 80 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən binada yaşayan, 1973-cü il təvəllüdlü Vəfa Həsənağa qızı Babayeva yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Nəticədə o, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan dindirmək mümkün olmayıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

Cia.az