|
ABŞ ordusu İraqda – Mosul əməliyyatında aktiv rol oynayır
ABŞ-ın sui-qəsd ordusu kimi tanınan və 11 sentyabrdan bu tərəfə sui-qəsd, qətl, gizli işgəncə və adam oğurluğu kimi əməliyyatlar aparan xüsusi təyinatlı dəstəsi JSOC Mosul əməliyyatında aktiv rol oynamağa başlayıb.
 
Avropa.info xəbər verir ki, İŞİD əleyhinə yaratdığı koalisiyanın 13 üzvü ilə keçirdiyi iclasdan sonra ABŞ müdafiə naziri Eşton Karter jurnalistlərə verdiyi brifinqdə JSOC-un müharibədə iştirak etdiyini etiraf edib. Birgə Xüsusi Əməliyyatlar Komandanlığı (The Joint Special Operations Command) adı alan hərbi birləşmə İraq və Suriyada yerli qüvvələrə hərbi təlim keçir.
 
11 sentyabr hadisələrindən sonra təlimatları birbaşa Ağ Evdən alan və ABŞ-ın məxfi sui-qəsd ordusu olan JSOC sui-qəsd, qətl, gizli işgəncə və adam oğurluğu kimi əməliyyatlarla MKİ-nı geridə qoyub.
 
“Washington Post”un xəbərinə görə, son 10 ildə şəxsi heyəti 25 min nəfərədək artan JSOC-un minlərlə adam öldürdüyü üzə çıxıb.
 
ABŞ xarici kəşfiyyatı MKİ qaynar nöqtələrdə pilotsuz təyyarələrlə etdiyi hücumlarla tanınarkən, ABŞ-da çap olunan bir kitab 11 sentyabr hadisələrindən bu yana böyüyən JSOC-un bir sui-qəsd təşkilatı olduğunu ifşa etmişdi.
 
“Washington Post” müxbirləri Dana Priest və Viliam M. Arkin “Top Secret America: The Rise of the New American Security State”  kitabında JSOC-un 1980-də yaradıldığını, 11 sentyabrdan sonra necə böyüdüyünü anlatır. Kitaba görə son 10 ildə JSOC-da qulluq edən əsgər sayı 1800-dən 25 minə çıxıb. Pakistanda “Əl-Qaidə” lideri Usama Bin Ladeni öldürən SEAL hərbi birliyinin əlaqəli olduğu JSOC şübhəlilərin həbsi və kəşfiyyat məlumatlarının toplanması kimi gizli əməliyyatlarda CİA-nı keçmişdi.
 
JSOC Sabiq ABŞ prezidenti Corc Buş və xələfi Barak Obamanın əmri ilə İraq və Əfqanıstandan əlavə ABŞ-ın rəsmi şəkildə müharibədə olmadığı Yəmən, Suriya, Pakistan, Somali, Filippin, Nigeriya kimi ölkələrdə əməliyyatlar aparıb. Ağ Ev JSOC-a “qara siayahı”da olan adamları tapıb birbaşa öldürmək səlahiyyəti də verib. JSOC ölüm siyahısını CİA-dan müstəqil şəkildə hazırlamışdı.
 
Yetişdirilən komandalar məxfi mərkəzlərdə insanlara işgəncə vermək, ac qoymaq ya da axtarışda olan insanları təslim olmağa məcbur etmək üçün onların arvad-uşaqlarını qaçırmaq kimi taktikalara əl atırdılar. JSOC təkcə Əfqanıstanda 2008-ci ildə 550 hədəfi vuraraq, 1000 nəfəri öldürüb. 2009-cuildə 464 əməliyyatda 500 nəfər öldürülüb. 2005-ci ildə İraqda bir ay ərzində 300-ə yaxıb basqın təşkil edilirmiş.
 
Prezident və müdafiə nazirindən birbaşa əmr alan JSOC-un kəşfiyyat bölməsi, cihadçı saytallara hücum təşkil edən hakerləri, pilotsuz təyyarələri və kəşfiyyat təyyarələri var. Uniforma geyməyən komandalar “Şimali Virciniya məxfi ordusu”, “Yaşıl vəzifə gücü”, “Vəzifə gücü 11”, “Vəzifə gücü 121” ləqəblər alıb.
 
JSOC tarixinin ilk əməliyyatı ABŞ-ın İran səfirliyində əsir qalan diplomatlar xilas etmək məqsədi ilə keçirdiyi “Şahin Pəncəsi Əməliyyatı” olub. Əməliyyat vertolyotun səhrada qəzaya uğrayıb, 8 nəfərlik heyətin ölməsi ilə fiaskoya uğramışdı.
Cia.az