|
ABŞ-la Suriya məsələsində əldə edilən müqavilənin qarşısı Vaşinqtondakı bəzi qüvvələr tərəfindən alındı.
 
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə çıxışında deyib.
 
"Rusiya heç bir ölkəyə hücum etməyi planlaşdırmır. Bu gülməli, mənasızdır və belə bir şey barəsində düşünmək olmaz. Bu iddialar digər ölkələrin hərbi xərclərini artırmaq üçün istifadə edilən bir isterikadır. Prezident Barak Obama ilə Suriya danışıqlarında əldə edilən razılaşmaların həyata keçmədiyi üçün təəssüf edirəm. Vaşinqtondakı bəzi qüvvələr bu sazişlərin həyata keçirilməməsi üçün hər şeyi etdilər", - Putin qeyd edib.