Türkiyə və İraq arasında viza rejimi ləğv olunub. Musavat.com-un məlumatına görə, bu barədə Türkiyənin Bağdaddakı səfiri Faruk Kaymakçı xəbər verib.
O, bildirib ki, qərar 28 oktyabrdan etibarən keçərlidir: "Türkiyə ilə İraq arasında vizaların ləğvi üçün 2014-cü ildən danışıqlar gedirdi. Nəhayət danışıqlar müsbət həllini tapdı və 28 oktyabrdan etibarən artıq viza rejimi ləğv olunur".
Qeyd edək ki qərar diplomatik, xüsusi, xidmət pasportu olanlara şamil edilir.
cia.az
