|
Poroşenko və Ərdoğan azad ticarət zonası barədə danışıqları sürətləndirməyi qərara alıb
Ukrayna prezidenti Pyotr Poroşenko türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla telefon danışığı zamanı  azad ticarət zonası barədə danışıqların sürətləndirilməsi ilə bağlı razılıq əldə olunub.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında dərc edilmiş məlumatda bildirib. Poroşenko telefon tanışı zamanı  türk xalqını Türkiyə Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibəti ilə təbrik edib. Türkiyə tərəfi bundan əvvəl Ukrayna ilə  azad ticarət zonası barədə danışıqları bu ilin sonunadək, yaxud 2017-ci ildə yekunlaşdırmaq niyyətində olduğunu bildirmişdi.
 
Bundan başqa tərəflər həmçinin Krım yarımadasında insan haqları ilə bağlı vəziyyəti müzakirə ediblər. 

cia.az