|
Prezident Şahin Mustafayevi missiya ilə Gürcüstana göndərdi

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi məqsədilə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 27-28-də Gürcüstanda səfərdə olacaq.

İqtisadiyyat Nazirliyindən Tvirtualaz.org-a verilən məlumata görə, səfər zamanı Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək, Azərbaycan - Gürcüstan əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılacaq.

Cia.az