Saçların keyfiyyətsiz boyalarla rənglənməsi, kimyəvi əlavələrlə zəngin vasitələrlə burulması, düzləşdirilməsi, qeyri-sağlam qidalanma və ya sadəcə mövsümlə əlaqədar olaraq saçların tökülməsi prosesi daha da sürətləndirir.
Sizə saçları gurlaşdıran və sağlam edən maska reseptlərini təqdim edir.
Alma sirkəsi
Sirkə xüsusilə yağlı saçlarda saç tökülməsinin qarşısını alan ən yaxşı vasitədir. Eyni zamanda saç köklərində qan dövranını sürətləndirir. Su ilə qarışdırılmış sirkəni baş dərsinə masaj edərək çəkin və 10 dəqiqə sonra ilıq su ilə yaxalayın.
Yerkökü suyu və hindqozu yağı
Yerkökü suyu və hindqozu yağını qarışdırın və saça çəkin. Bu, saçınızın sağlam və güclü qalmasına yardım edəcək.
Çuğundur suyu
Təxminən 10 dəqiqə ərzində çuğundur kökünü qaynadın. Suyu soyudun və baş dərinizə tətbiq edin. Həftədə 2 və ya 3 dəfə saçınızı çuğundurla yaxalayın.
Soğan, sarımsaq və limon
Təzə sıxılmış soğan və ya sarımsaq suyunu baş dərisinə çəkin. 20 dəqiqə sonra qoxusunu yox etmək üçün limon suyu ilə yaxşıca yaxalayın. Ən sonda balzam və ya saç kremi istifadə edin.
Əzvay bitkisi
Yarpaqları blenderlə əzin, saç diblərinə və baş dərinizə masaj edərək çəkin. 10 dəqiqə sonra ilıq su ilə yaxalayın.
Cia.az
