|
Məktəb bombalandı, 22 şagird öldü - DƏHŞƏT

Suriyanın İdlib vilayətində məktəbə endirilən hava zərbələri 22 şagirdin və 6 müəllimənin ölümünə səbəb olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, YUNİSEF hadisəni bu vaxta qədər Suriyada məktəblərə edilən ən böyük hücum adlandırıb və insidenti hərbi cinayət kimi dəyərləndirib.

 

İdlibdəki məktəbi hansı ölkənin aviasiyasının bombaladığı açıqlanmır.

cia.az