|
Verşbou: “NATO-nun heç vaxt Krım planı olmayıb”
NATO-nun heç vaxt Sevastopolu tutub, buradakı rusdilli əhaliyə qarşı etnik təmizləmə aparmaq planı olmayıb.
 
Axar.az xəbər verir ki, bunu “Doyçe Velle” saytına açıqlamasında NATO Baş katibinin eks-müavini Aleksandr Verşbou söyləyib. Onun sözlərinə görə, bütün bunlar Rusiyanın uydurmalarıdır.
 
Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Rusiyanın Krım əməliyyatına NATO-ya görə başladığını bildirib. Onun sözlərinə görə, 2014-cü ildə NATO gəmilərinin Sevastopolu tutma planı olub.
 
Krım 2014-cü ildə Rusiya tərəfindən qanunsuz ilhaq olunub.