|
Dağıstanda 1 silahlı məhv edilib
Dağıstanın Tahirkənd-Qazmalar kəndində  xüsusi əməliyyat zamanı 1 silahlı məhv edilib.
 
APA-nın xəbərində görə, bu barədə RİA Novosti agentliyinə DİN-dəki mənbə məlumat verib.
 
“Kənddə bir qrup silahlı mühasirəyə alınıb. Təslim olmaq çağırışına onlar atəşlə cavab veriblər. Cavab atəşi ilə 1 silahlı məhv edilib.”, deyə mənbə qeyd edib.
 
Əməliyyatın oktyabrın 27-də, səhər saatlarında davam edəcəyi bildirilir.
cia.az