|
Aralıq dənizində ölən miqrantların sayı 3740 nəfərə çatıb
Aralıq dənizini keçib Avropaya getmək istəyən zaman həlak olan miqrantların və qaçqınların sayı 2015-ci ilə nisbətən artıb. 

Musavat.com xəbər verir ki, bu barədə qaçqınların işləri üzrə agentliyin mətbuat katibi Vilyam Spindler bildirib.
 
Bir gün əvvəl Spindler Cenevrədə keçirdiyi mətbuat konfransında qeyd edib ki, bu il Aralıq dənizini keçən zaman ölən və itkin düşənlərin sayı 3740 nəfərə çatıb. Mətbuat katibi onu da bildirib ki,2015-ci il ərzində ümumilikdə 3771 nəfər həlak olub.
cia.az