|
Kolumbiyada torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər itkin düşüb
Kolumbiyada baş verən torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər itkin düşüb
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Boqota-Medelyin yolunda yerləşən Kopakabana bələdiyyəsində qeydə alınıb.
 
Hadisə yerinə 100-dək xilasedici cəlb edilib. Torpaq sürüşməsinə aramsız yağan yağışların səbəb olduğu bildirilir.
cia.az